“İşğaldan azad edilmiş ərazilərin bərpası üçün ilkin olaraq dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb”.
Bizim.Media-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.
MÖVZU İLƏ BAĞLI:
“Ordu ən müasir hərbi texnika ilə təmin edilir” - Əli Əsədovdan AÇIQLAMA
Baş nazir deyib ki, azad olunmuş ərazilərə Böyük Qayıdışla əlaqədar Azərbaycan tamamilə yeni bir dövrə qədəm qoyub:
“Bu mərhələdə əsas strateji vəzifə həmin ərazilərin ölkə iqtisadiyyatına sürətli reinteqrasiyasını təmin etməkdən ibarətdir.
Bu məqsədlə ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, o cümlədən sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması, rasional məskunlaşma siyasətinin həyata keçirilməsi və bununla da doğma yurduna qayıdan vətəndaşlara yaşayış və işgüzar fəaliyyət üçün hərtərəfli şəraitin yaradılması nəzərdə tutulur”.
Bizim.Media