Goranboyda fermada nöqsanlar AŞKARLANDI - FOTO 

Goranboyda fermada nöqsanlar AŞKARLANDI - FOTO 

Hazırda oxunan: Goranboyda fermada nöqsanlar AŞKARLANDI - FOTO 

148881

Goranboy rayonunun Balakürd kəndində sahibkar Feyzulla Sovetxan oğlu Nəbiyeva məxsus iribuynuzlu və xırdabuynuzlu heyvanların yetişdirilməsi təsərrüfatında planlı yoxlama keçirilib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. 

Bildirilib ki, yoxlama zamanı heyvandarlıq təsərrüfatında qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların pozulduğu, mütəmadi təmizlik işlərinin aparılmadığı, yem əlavələrindən, baytarlıq preparatlarından, bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun istifadə edilmədiyi məlum olub.
Həmçinin müəssisədə istehsal olunan süd və süd məhsullarının baytarlıq-sanitariya ekspertizasından keçmədən və baytarlıq şəhadətnaməsi (forma 2) olmadan satışının həyata keçirildiyi aşkar edilib. 

Aşkar olunmuş faktla bağlı sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib. 






Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO