Magistraturaya qəbul olunanların qeydiyyat müddəti UZADILDI  

Magistraturaya qəbul olunanların qeydiyyat müddəti UZADILDI  

Hazırda oxunan: Magistraturaya qəbul olunanların qeydiyyat müddəti UZADILDI  

148811

Magistratura səviyyəsinə qəbul olunanların qeydiyyat müddəti uzadılıb. 

DİM-dən Bizim.Media-ya verilən məlumata görə, magistraturaya qəbul olmuş şəxslər avqustun 3-ü saat 18:00 dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. 

Bunun üçün bakalavrlar göstərilən vaxtadək //portal.edu.az/ platformasında qeydiyyatdan keçməli və təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. 

Qeydiyyatdan keçməyən bakalavrlar ali təhsil müəssisələrinə qəbul olunanların siyahısından xaric ediləcəklər. 

Xatırladaq ki, bakalavrların qeydiyyat prosesinə iyulun 21-dən etibarən başlanılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO