Əsgər yoldaşını xilas edərkən ayağını itirib - Qaziyə Prezident təqaüdü kartı verildi

Əsgər yoldaşını xilas edərkən ayağını itirib - Qaziyə Prezident təqaüdü kartı verildi

Hazırda oxunan: Əsgər yoldaşını xilas edərkən ayağını itirib - Qaziyə Prezident təqaüdü kartı verildi

14874

Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov Vətən müharibəsi qazisi qəhrəmanlarımızdan biri, hərbi qulluqçu Əmirli Fərahim Fərman oğlunun evində olub. Fərahim Əmirlinin ailəsinin sosial vəziyyəti öyrənilib.

Fondun İctimaiyyətlə əlaqələr departamentindən Bizim.Media-ya verilən məlumata görə, Füzuli istiqamətində gedən döyüşlərdə əsgər yoldaşını ərazidən çıxararkən minaya düşərək, sol ayağının dizdən aşağı hissəsini itirib.

Fərahim Əmirliyə Prezident təqaüdü kartı təqdim olunub.

Ailəyə Vətən müharibəsi iştirakçıları, qazi və şəhid ailələri üçün nəzərdə tutulan sosial dəstək tədbirləri barədə məlumat verilib, onların sosial vəziyyətinin həmişə diqqətdə saxlanılacağı bildirilib.

Qeyd edək ki, Fərahim Əmirli "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", eləcə də "Hərbi xidmətdə fərqlənməyə görə" medalları ilə təltif olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO