Bağçalara direktor vəzifəsinə elektron sənəd qəbulu BAŞLAYIR 

Bağçalara direktor vəzifəsinə elektron sənəd qəbulu BAŞLAYIR 

Hazırda oxunan: Bağçalara direktor vəzifəsinə elektron sənəd qəbulu BAŞLAYIR 

148732

31 iyul saat 11:00-da məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir. 

Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib. 

Qeyd edilib ki, müsabiqədə iştirak etmək istəyən namizədlər 7 avqust saat 11:00-dək //miq.edu.az/direktorlar/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. 

Bildirilib ki, müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər.

Müsabiqəyə ilk növbədə dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslər buraxılacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO