Masallıda qadının əri tərəfindən qətlə yetirilməsi ilə bağlı rəsmi AÇIQLAMA

Masallıda qadının əri tərəfindən qətlə yetirilməsi ilə bağlı rəsmi AÇIQLAMA

Hazırda oxunan: Masallıda qadının əri tərəfindən qətlə yetirilməsi ilə bağlı rəsmi AÇIQLAMA

148685

İyulun 30-u saat 18 radələrində Masallı rayon sakini 1979-cu il İlkanə Məmmədovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Masallı rayon prokurorluğu yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Masallıda ər arvadını qətlə yetirdi


Aparılmış araşdırmalarla 1976-cı il təvəllüdlü Yalçın Məmmədovun rayonun Təklə kəndində yerləşən evlərdən birində aralarında yaranmış mübahisə zamanı arvadı İlkanə Məmmədovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürdükdən sonra özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO