Şirvanda vətəndaşa qarşı soyğunçuluq edən şəxs SAXLANILDI - FOTO

Şirvanda vətəndaşa qarşı soyğunçuluq edən şəxs SAXLANILDI - FOTO

Hazırda oxunan: Şirvanda vətəndaşa qarşı soyğunçuluq edən şəxs SAXLANILDI - FOTO

148590

Şirvanda vətəndaşa qarşı soyğunçuluq edən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində bir qadının çantasından 327 manat pul və bank kartını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxs saxlanılıb. 

Araşdırmalarla onun şəhər sakini, bir ay əvvəl törətdiyi oğurluq faktına görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Şahid Əliyev olduğu müəyyən edilib. 
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Araşdırmalar davam etdirilir. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO