Kürdəmirdə QƏZA: Xəsarət alan var - FOTO

Kürdəmirdə QƏZA: Xəsarət alan var - FOTO

Hazırda oxunan: Kürdəmirdə QƏZA: Xəsarət alan var - FOTO

148563

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.  

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb. 

Belə ki, “FORD” markalı avtomaşın həmin yolda dönmə əməliyyatı etmək istəyərkən onun arxasında ötmə əməliyyatı etmək istəyən “NİSSAN” markalı avtomaşınla toqquşub. 

Nəticədə FORD-un sürücüsü Kürdəmir rayon sakini 67 yaşlı Lətifov Azadxan Mansur oğlu müxtəlif dərəcəli bədən xəsarəti alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Eyni zamanda hadisə zamanı avtomobillərdən biri yol kənarındakı elektrik dirəyini aşırıb və gül kollarını qoparıb. 
Ümumilikdə hadisə zamanı yol təssərrüfatına 2 min manata yaxın maddi ziyan dəyib. 

Hazırda faktla bağlı araşdırma aparılır.  










Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO