Biləsuvarda AĞIR QƏZA – Avtomobil motosikletlə TOQQUŞDU 

Biləsuvarda AĞIR QƏZA – Avtomobil motosikletlə TOQQUŞDU 

Hazırda oxunan: Biləsuvarda AĞIR QƏZA – Avtomobil motosikletlə TOQQUŞDU 

148478

Ötən gün Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun rayonun Nəsimi kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, rayonun İsmətli kənd sakini, Kənan Cəbrayılov idarə etdiyi "Hyundai" markalı minik avtomobili ilə motosikleti vurub. 

Nəticədə motosikletin sürücüsü, rayonun Nərimankənd kənd sakini, 1969-ci il təvəllüdlü Sərxoş Quliyev və 2007-ci il təvəllüdlü sərnişini, Rəsul Quluzadə bədən xəsarətləri alıb.  

Yaralılar rayon xəstəxanasına aparılıb. 

Lakin həkimlərin səyinə baxmayaraq, Sərxoş Quliyev yerləşdirildiyi xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır. 

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO