Sumqayıtda 15 il əvvəl törədilmiş qətlin üstü açılıb - VİDEO 

Sumqayıtda 15 il əvvəl törədilmiş qətlin üstü açılıb - VİDEO 

Hazırda oxunan: Sumqayıtda 15 il əvvəl törədilmiş qətlin üstü açılıb - VİDEO 

148448

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində əvvəlki illərdən bağlı qalmış qəsdən adamöldürmə cinayətinin üstü açılıb. 

Bizim.Media xəbər verir ki, 2008-ci ilin oktyabr ayının 28-də Sumqayıt şəhər sakini Tünzalə Kərimovanın qəsdən öldürülməsi faktına görə başlanmış cinayət işi üzrə şübhəli bilinən əvvəllər məhkum olunmuş Ərəstun Zülfüqarov tutularaq istintaqa təhvil verilib. 

Saxlanılarkən ondan bir ədəd "Baykal" markalı tapança, həmin silaha aid 176 ədəd patron və narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. 

İdarə əməkdaşları tərəfindən narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı da xüsusi əməliyyatlar keçirilib.

Silsilə tədbirlər zamanı əvvəllər məhkum olunmuş Rəvail Məmmədov, tanışı Fuad İsmayılov, Ramin İbrahimov, Xaliq Məmmədzadə, Corat qəsəbəsində narkotiklərin satışını təşkil edən Ceyhun Məmmədov və həyat yoldaşı Könül Babayeva saxlanılıblar. 

Bu şəxslərdən ümumilikdə 16 kiloqram narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. 
Həmçinin həyata keçirdikləri növbəti əməliyyatlar zamanı isə narkotik tərkibli bitkilərin kultivasini ilə məşğul olan Corat qəsəbəsi sakinləri Kamal Əliyev və Azad Mansurov da saxlanılıb. Onlardan yaş halda çəkisi 52 kiloqram olan 174 ədəd çətənə kolu aşkar olunub. 

Qeyd edək ki, idarə əməkdaşlarının son 25 gündə həyata keçirdikləri əməliyyatlar zamanı şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 62 nəfər saxlanılıb.

Həmçinin, Sumqayıt şəhərində "Xaş-Xaş 2023" şərti adı altında keçirilən əməliyyatlarla yaş kütləsi 78 kiloqram olan 257 ədəd kultivasiya olunmuş çətənə kolu aşkar olunaraq götürülüb. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO