Ombudsman Türkiyədən gələn psixoloqlarla görüşdü

Ombudsman Türkiyədən gələn psixoloqlarla görüşdü

Hazırda oxunan: Ombudsman Türkiyədən gələn psixoloqlarla görüşdü

14840

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə Respublikasından ölkəmizə dəvət olunmuş bir qrup peşəkar klinik-psixoloq və psixoterapevt mütəxəssislərlə görüş keçirib.

Həmin mütəxəssislər 44 günlük Vətən Müharibəsi və erməni terroru nəticəsində fiziki və mənəvi zərər çəkmiş hərbi qulluqçularımız və onların ailələrinə psixoloji yardım göstərilməsi məqsədi ilə Azərbaycana səfərə gəliblər.

 

MÖVZU İLƏ BAĞLI:

Ombudsman Səbinə Əliyeva sözünü tutacaqmı? - VİDEO


Ombudsman Aparatından Bizim.Media-ya bildirilib ki, görüş zamanı Ombudsman Səbinə Əliyeva bu məqsədlə ölkəmizə səfər etdiklərinə və dəvətini qəbul edərək Ombudsman Aparatında görüşdə iştirak etdiklərinə görə Türkiyəli mütəxəssislərə təşəkkürünü bildirib.

Həkim-psixoloqlar dəvətə və göstərilən diqqətə görə Ombudsmana minnətdarlıq ediblər.

Qeyd olunub ki, Vətən müharibəsi dövründə qardaş ölkənin xalqımıza olan mənəvi dəstəyi Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəm olmasının daha bir sübutudur.

 

Habelə görüşdə iştirak edən qonaqlar Ermənistan silahlı qüvvələri tərəfindən uşaq, qadın və yaşlılar da daxil olmaqla qətlə yetirilmiş azərbaycanlı mülki şəxslər, o cümlədən ziyan dəymiş mülki obyektlər barəsində məlumatlandırılıb.


Yekun olaraq, Ombudsman tərəfindən qonaqlara təsisatın loqosu əks olunmuş xatirə hədiyyələri və sertifikatlar təqdim olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO