Bakıda restoranda toy keçirildi - Polis qarşısını aldı 

Bakıda restoranda toy keçirildi - Polis qarşısını aldı 

Hazırda oxunan: Bakıda restoranda toy keçirildi - Polis qarşısını aldı 

14826

Xətai Rayon Polis İdarəsinə (RPİ) rayon ərazisində yerləşən restoranlardan birində toy mərasiminin keçirildiyi barədə məlumat daxil olub.

Bizim.Media Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb.

 

MÖVZU İLƏ BAĞLI:

Tovuzda toy yarımçıq qaldı - FOTO


Sanitar-epidemioloji normaları pozaraq toyda iştirak edən 31 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək hər biri 200 manat miqdarında cərimə edilib.

Toy mərasiminin təşkilinə şərait yaradan restoranın inzibatçısı R.Mirzağayev isə 4000 manat məbləğində cərimələnib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO