“Bağça müəllimlərinin sertifikasiyası acınacaqlı nəticəni üzə çıxaracaq” – XƏBƏRDARLIQ 

“Bağça müəllimlərinin sertifikasiyası acınacaqlı nəticəni üzə çıxaracaq” – XƏBƏRDARLIQ 

Hazırda oxunan: “Bağça müəllimlərinin sertifikasiyası acınacaqlı nəticəni üzə çıxaracaq” – XƏBƏRDARLIQ 

148199

“Məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlərin sertifikasiyadan keçməsi vacib, həmçinin də gecikmiş qərardır”.

Bu fikirləri təhsil eksperti Elmin Nuri Bizim.Media-ya açıqlamasında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Bağça müəllimləri də sertifikasiyadan KEÇƏCƏKLƏR – RƏSMİ


Onun sözlərinə görə, bir müddət əvvəl bağçalarda çalışan 11300 tərbiyəçidən 5800-nün diplomanın yararsız olması sertifikatlaşdırmanın önəmli olduğunu bir daha sübut etdi:

“Ümumiyyətlə, məktəbəqədər təhsil müəssisələrində məktəbəqədər müəllim anlayışı yoxdur. Bu müəssisələrdə ya tərbiyəçi, ya da metodist, yaxud digər vəzifələr olur. Bağçalarda çalışan metodist və tərbiyəçilərin sertifikasiyadan keçirilməsi haqqında qanunun qəbul edilməsi isə yerinə düşən qərardır. Bir neçə ay əvvəl Elm və Təhsil Nazirliyi monitorinq aparsa da, nəticəsi heç də qənaətbəxş olmamışdı. Nəticədə minlərlə işçinin diplomunun yararsız olduğu meydana çıxdı. 

Bu hələ yalnız diplomlar vasitəsilə müəyyənləşən rəqəmlər idi. Yəni bunlar bacarıq və keyfiyyətlərinin işə yararlılığının nə dərəcədə yaxşı olub-olmamasının göstəricisi deyil. Bununla bağlı monitorinq aparılarsa, nəticə daha da acınacaqlı ola bilər. 

Təsəvvür edin ki, 2023-cü ildə aparılan reyd nə qədər reallığı üzə çıxardı. Halbuki buna qədər bağçalar bu cür kadrlarla fəaliyyət göstərib.

Deməli 40 faizdən artıq müəllimlər yararsız diplomlarla və bacarıqsız keyfiyyətlərlə fəaliyyət göstərib. Onların dərəcələri isə 14-dən 11-ə salındı. Bu isə, təəssüf ki, məsələnin birdəfəlik həll yolu deyil”.

Ekspertin sözlərinə görə məktəbəqədər təhsil müəssisələrində keyfiyyəti artırmaqdan ötrü ilk növbədə kadr islahatları həyata keçirilirməlidir. 

“Bu gün istər metodist və tərbiyəçilər, istərsə də bağça müdirlərini əksəriyyəti öz sahələrindən xəbərsizdirlər, sırf bu istiqamətdə formalaşmayıb. Öncə onlar dəyişdirilməlidir. Ölkəmizdə 1825 bağça varki, onlardan 1692-si dövlət, digər 133-ü isə özəldir.
Özəlləri çıxmaqla dövlət bağçalarında 126 minə qədər uşaq təhsil alır ki, burda da minlərlə uşağın gələcəyindən söhbət gedir. 

Yəni müəllimlərin sertifikasiyadan keçirilməsi gözəl addım olsa da ona qədər bir neçə addım həyata keçirilməlidir. Mütləq şəkildə məktəbəqədər təhsil müəsisələrində çalışanlara təlim və seminarlar təşkil olunmalıdır”.

E.Nuri həmçinin bağçada çalışan şəxslər üçün hazırlıq keyfiyyətini düzəldəcək xüsusi metodik vəsaitlər hazırlanmasının da zəruri olduğunu diqqətə çatdırıb:

“Ümumiyyətlə, təhsilin digər pillələrindən fərqli olaraq bağçalara diqqət kölgədə qalıb. Sertifikasiya birdən-birə keçirilməsi isə çox acı nəticələri üzə çıxara bilər. Azərbaycan Respublikası Təhsil İnstitutunun müvafiq şöbəsi bu istiqamətdə normativlər hazırlamalıdır.
Üstəlik sertifikasiyaya qədər formal xarakter daşıyan, yalnız yoxlayıcı sınaq sertifikasiyalari təşkil edilməlidir.  Yəni bununla da bağçada çalışan şəxslər özlərini prosesə hazırlaya biləcəklər”.

Röyanə Oğuz, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO