Azərbaycanda bəy öz toyunda gəlinin keçmiş sevgilisini bıçaqladı - VİDEO 

Azərbaycanda bəy öz toyunda gəlinin keçmiş sevgilisini bıçaqladı - VİDEO 

Hazırda oxunan: Azərbaycanda bəy öz toyunda gəlinin keçmiş sevgilisini bıçaqladı - VİDEO 

148128

Qax rayonunda bəy qız toyunda nişanlısının keçmiş sevgilisini bıçaqlayıb. 

Bizim.Media xəbər verir ki, hadisə toyun keçirildiyi şadlıq evinin yaxınlığında baş verib. 

Qax rayon sakini 25 yaşlı Yamən Şıxəmirli Gədəbəy rayon sakini 21 yaşlı Ariz Əhmədov tərəfindən bıçaqlanıb. 

Bıçaqlanan Yamən Şıxəmirlinin əmisi iddia edir ki, hansısa yazıya görə bəy onun qardaşı oğluna xəsarətlər yetirib. 

Həmin ərazidə bıçaqlanan Yamən Şıxəmirli kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olub və əməliyyat olunub. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Yamən Şıxəmirliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Ariz Əhmədov polis tərəfindən saxlanılıb. 
Məlumata görə, Ariz Əhmədov və Yamən Şıxəmirli Vətən müharibəsinin iştirakçıları olublar. 

Daha ətraflı videomaterialda: 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO