Azərbaycanda qanunsuz süxur daşınır - DİN-ə müraciət edildi 

Azərbaycanda qanunsuz süxur daşınır - DİN-ə müraciət edildi 

Hazırda oxunan: Azərbaycanda qanunsuz süxur daşınır - DİN-ə müraciət edildi 

148104

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsi ərazisindən qanunsuz qarışıq süxur daşındığı müəyyən edilib. 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Bizim.Media-ya bildirib ki, araşdırma zamanı qarışıq süxurun 16-T-103 dövlət nömrə nişanlı ekskavator ilə qazılaraq “Ford” markalı 20-AD-806 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə ərazidən daşındığı məlum olub.  

Faktla bağlı akt tərtib olunub və nəqliyyat vasitələrinin sürücülərinin kimliyini müəyyənləşdirmək üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edilib. 

B.Məhəmmədovun sözlərinə görə, keçirilən nəzarət tədbirləri zamanı Qax rayonu ərazisindən keçən Kürmük çayının sahilindən İngiloy Kötüklü kənd sakini Rooma Berikaşvilinin idarə etdiyi ekskavatorla qum-çınqıl daşındığı müəyyən olunub. Faktla bağlı akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO