Azərbaycan Ordusunun daha bir əsgəri özünü güllələyərək öldürüb.
Bu barədə Bizim.Media-ya Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, Hərbi prokurorun böyük köməkçisi, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.
Onun sözlərinə görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əyyubov Telman Məhəmməd oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları daxil olmuş məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirib, eləcə də digər hərəkətlər icra ediblər.
F.Əliyev bildirib ki, fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:52 / 26.07.2023
Daha bir əsgərimiz özünü güllələdi
Hazırda oxunan: Daha bir əsgərimiz özünü güllələdi
Hazırda oxunan: Daha bir əsgərimiz özünü güllələdi
148083
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.