Qaxda itkin düşən çoban axtarılır.
Fövqəladə Hallar Nazirliyi itkin düşən şəxsin 30 yaşlı İlisu kənd sakini Rəhman Kamallı olduğunu müəyyənləşdirib.
Bizim.Media-nın yerli bürosu kənd sakinlərinə istinadən bildirir ki, Rəhman Kamallı bir neçə gün əvvəl Sarıbaş kəndinin yaylaqlarında çoban işləmək üçün aparılıbmış.
MÖVZU İLƏ BAĞLI:
Qaxda meşədə bir nəfər İTKİN DÜŞDÜ
Rəhmanın məhz Sarıbaş kəndi ərazisində "Alagöz" yaylağı yaxınlığında itkin düşdüyü ehtimal edilir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu barədə itkin düşdüyü ehtimal edilən şəxsin yaxınları Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə müraciət edib.
Hazırda FHN-nin Şimal-Qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinin aparılması üçün əraziyə cəlb olunub. İtkin düşən şəxsin tapılması ilə bağlı aidiyyəti dövlət qurumları da məlumatlandırılıb. Hazırda axtarış-xilasetmə işləri həyata keçirilir.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu