Bıçaqlanma hadisəsisinin ilkin təfərrüatları bəlli olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayondakı şadlıq evlərinin birində keçirilən toyda mərasimində qeydə alınıb.
MÖVZU İLƏ BAĞLI:
Qaxda DƏHŞƏT: Özündən 4 yaş böyük şəxsi bıçaqladı
Belə ki, toyda mübahisə yaranıb və bəy, Gədəbəy rayon sakini 21 yaşlı Ariz Əhmədov qohumu 25 yaşlı Yamən Şıxəmirlini bıçaqlayıb.
Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərilib. Bəy, Ariz Əhmədov isə polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisənin təfərrüatları araşdırılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal- Qərb bürosu