Toy karvanında avtoxuliqanlıq edən sürücü SAXLANILDI - FOTO

Toy karvanında avtoxuliqanlıq edən sürücü SAXLANILDI - FOTO

Hazırda oxunan: Toy karvanında avtoxuliqanlıq edən sürücü SAXLANILDI - FOTO

147995

Masallıda toy karvanında avtoxuliqanlıq edən sürücü saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə toy karvanında avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə və davamlı pozan, digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. 

Belə ki, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra həmin sürücünün Masallı rayon sakini Orxan Məmmədov olduğu müəyyən edilib.

Həmin şəxs idarə etdiyi, üzərində dövlət qeydiyyat nişanları olmayan “VAZ-21074” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub. 

Sonradan isə həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb. Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib. 
O.Məmmədov sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO