Yay turizm mövsümü ilə əlaqədar olaraq Lənkəran və Masallıda insanların çimərlik və istirahət zonalarına kütləvi axını nəzərə alınaraq, polis əməkdaşlarının fasiləsiz xidməti təşkil edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmini, vətəndaşların təhlükəsizliyinin yüksək səviyyədə qorunması məqsədilə xidmətdə olan canlı qüvvə və xidməti avtomobillərin sayı artırılıb.
Əhalinin Cənub bölgəsindəki istirahət mərkəzləri və çimərlik zonalarına axını nəzərə alınaraq nəqliyyatın hərəkətinin təhlükəsizliyini və insanların rahat istirahətini təmin etmək üçün polis gücləndirilmiş iş rejimində xidmət aparır.
Bizim.Media