Qeyri-sabit hava Qərb bölgəsində FƏSADLAR TÖRƏTDİ 

Qeyri-sabit hava Qərb bölgəsində FƏSADLAR TÖRƏTDİ 

Hazırda oxunan: Qeyri-sabit hava Qərb bölgəsində FƏSADLAR TÖRƏTDİ 

147969

Qərb bölgəsində güclü külək və yağış ciddi fəsadlar törədib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə Göygöl, Daşkəsən və Gədəbəy rayonlarında sel gəlib.

Hacıkənd-Toğanalı yolunda güclü yağış avtomobillərin hərəkətini məhdudlaşdırıb. Ağaclar qırılaraq yola düşüb.

Rayonun bəzi ərazilərində elektrik enerjisinin verilməsi dayandırılıb.

Daşkəsən rayonundan verilən xəbərə görə, Xoşbulaq kəndinə də sel gəlib. Kənd yollarından axan su maşınların və sakinlərin hərəkətində problemlər yaradıb.
Bölgədə güclü yağış və külək hələ də davam edir.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu.

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO