Lənkəranda qeyri-adi kafe - Həm əylən, həm də pulsuz dil öyrən - FOTOLAR

Lənkəranda qeyri-adi kafe - Həm əylən, həm də pulsuz dil öyrən - FOTOLAR

Hazırda oxunan: Lənkəranda qeyri-adi kafe - Həm əylən, həm də pulsuz dil öyrən - FOTOLAR

14796

Lənkəran şəhərində fəlaiyyət göstərən kafelərdən biri buradakı gənclərin böyük rəğbətini qazanıb. Səbəb isə obyektin sahibinin gənclərin inkişafına dəstək verməsidir.

İlqar adlı sahibkar ingilis dilini öyrənmək istəyənlər və yaradıcılıqla məşğul olan gənclərə kafedə təmənnasız imkanlar yaradır.

Bizim.Media xəbər verir ki, kafe jurnalist Azər Qəribin də diqqətini çəkib.

O, feysbuk hesabında məkanla bağlı paylaşım edib:

“Lənkəranın mərkəzində bir kofeşop var, Bakıdan vətəninə dönən və xaricdə təhsil alan İqrar adlı bir gənc kafeni açıb onu və bu kafe artıq yerli yaradıcı cavanların sevimli məkanına çevrilib.

Biz orada olanda bir qrup gənc qızlar kafe otağlarının birində ingilis dilində məşqlər edirdilər, el arasında buna konverseyşn deyirlər.

İqrar onlara bu yeri təmənnasız olaraq verir, məqsədi qazanc deyil, yerlilərinin inkişafıdır. Necə deyərlər, malades!”

Bizim.Media

















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO