Parklanma ilə bağlı YENİ TARİFLƏR – Parkinq xaosuna SON QOYULACAQ?

Parklanma ilə bağlı YENİ TARİFLƏR – Parkinq xaosuna SON QOYULACAQ?

Hazırda oxunan: Parklanma ilə bağlı YENİ TARİFLƏR – Parkinq xaosuna SON QOYULACAQ?

147906

Bu gündən parklanma ilə bağlı yeni qaydalar qüvvəyə minib.

Xatırladaq ki, iyunun 25-də baş nazir Əli Əsədov "Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği" barədə qərar imzalayıb. Qərar dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinə şamil edilir.

"Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği" yalnız dövlətə məxsus parkinqlərdə qüvvədə olacaq. Avtomobillərin parklanmasına görə maliyyə dövriyyəsinin şəffaflaşdırılması, rəqəmsallaşmanın və istifadə rahatlığının təmin edilməsi məqsədilə ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulur.

Parklanma ilə bağlı yeni tariflərin qüvvəyə minməsi paytaxtın parklanma probleminin həllinə təsir göstərəcəkmi? 

Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert Fuad İbrahimovun fikrincə, sözügedən istiqamətdə tətbiq edilən yeni tariflər parklanma probleminin həllində hər hansı bir rol oynamayacaq. 
 

MÖVZU İLƏ BAĞLI:

Parklanma ilə bağlı qaydalar qüvvəyə MİNDİ: Yeni QİYMƏTLƏR - FOTO 


Həmsöhbətimizə görə, bu məsələdə əsas diqqət maarifləndirməyə yönəldilməlidir: 

“Parklanma probleminin həlli üçün xüsusi maariflənmə prosesi aparılmalıdır. Ölkəmizdə tənbəllik əmsalını nəzərə alan yoxdur. İnsanlarımız sanki harasa tələsir, irəli keçmək üçün hardan gəldi, necə gəldi sürməklə tıxac yaradırlar. Ona görə də parklanma probleminin həllində əsas rol təbliğat maşınına verilməlidir. 

Sovet dönəmində məktəblərdə piyadanın davranışı üzrə dərslər keçirilirdi. İndi isə bunlar yoxdur. Bu mənada parklanma tariflərinin artıb azalmasının hansısa effekt verəcəyini düşünmürəm.
Mövcud vəziyyəti dərindən təhlil etməklə bu qənaətdəyəm ki, atılan addım ciddi nəticə verməyəcək. Ölkədə parklanma qaydalarına riayət edən insanlar da var, ancaq onların sayı çox azdır. Problemin həlli üçün böyük bir institut hərəkətə gəlməlidir. İnsanlar maariflənməlidir”. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO