Hadrut yarımstansiyasında hansı işlər görülüb? – FOTO  

Hadrut yarımstansiyasında hansı işlər görülüb? – FOTO  

Hazırda oxunan: Hadrut yarımstansiyasında hansı işlər görülüb? – FOTO  

147892

Hadrutda “Azərişıq” ASC-nin nümayəndə heyəti 2023-cü ilin 6 ayı üzrə görülmüş işlərə dair media nümayəndələri ilə görüş keçirib.  

Bizim.Media xəbər verir ki, "Azərişıq” ASC-nin təşkilatçılığı ilə paylayıcı şəbəkələrdə 2023-cü ilin 6 ayı üzrə görülmüş işlərlə bağlı hesabat verilib.  

Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadənin sözlərinə görə ölkədə, əsasən də işğaldan azad olunmuş ərazilərdə "Azərişıq" ASC tərəfindən yenidənqurma, bərpa və digər innovativ yeniliklər aparılıb: 

"2023-cü ilin 6 ayı ərzində əcnəbi və yerli mütəxəssislərlə görüş keçirilib. Eyni zamanda gənc mütəxəssislərin təkmilləşdirilməsi yönündə işlər görülüb. Ötən ildən ödənişli təcrübəmiz başlayıb. Təlim təcrübə labaratoriyyası yaranıb.  

Tələbələrə təcrübə keçdiyi müddətdə "Azərişıq" tərəfindən ödəniş, yəni təqaüd ayrılıb. Çox gözəl nəticə alındı və təcrübəçilərimiz müvafiq strukturlara işə götürülür.  

Səhmdar cəmiyyətin öz personalı üzrə isə 1500 nəfər müəyyən kurslardan keçib. Həmçinin bu ilin 6 ayı ərzində rəqəmsal yarımstansiyanın, həm də Hadrut yarımstansiyasının açılışı oldu. Hazırda bu yarımstansiyada ilk tədbirimizi keçiririk".  




Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO