Xaçmazda iki maşın TOQQUŞDU: 5 nəfər xəsarət aldı 

Xaçmazda iki maşın TOQQUŞDU: 5 nəfər xəsarət aldı 

Hazırda oxunan: Xaçmazda iki maşın TOQQUŞDU: 5 nəfər xəsarət aldı 

147884

Xaçmazda 2-si sürücü olmaqla 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası qeydə alınıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayon ərazisində baş verən qəzada Köhnə Xaçmaz kənd sakini, 31 yaşlı Elşad Hikmət oğlu Şahverdiyevin idarə etdiyi "Vaz-21015" markalı avtomobillə Şollar kənd sakini, 43 yaşlı Aydın Məlik oğlu Əlimuradovun idarə etdiyi "Vaz-2106" markalı maşın toqquşub. 

Nəticədə hər iki sürücü və "Vaz-21015 "markalı maşında olan sərnişin, Xaçmaz şəhər sakini, 31 yaşlı Elvin Mahir oğlu Səfərov və digər zvtomobildə olan 2 sərnişin - Xudat şəhər sakinləri, 23 yaşlı Seyid İlham oğlu Şahbazov, 24 yaşlı Ağa Ələddin oğlu Mirzəyev müxtəlif dərəcəli xəsarətlərlə rayon xəstəxanasına yerləşdiriliblər. Qəzanın səbəbləri araşdırılır. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO