Həftəsonu külək yenidən GÜCLƏNƏCƏK 

Həftəsonu külək yenidən GÜCLƏNƏCƏK 

Hazırda oxunan: Həftəsonu külək yenidən GÜCLƏNƏCƏK 

147865

Şimaldan hərəkət edən soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti qeyri-sabit, küləkli və yağışlı keçib. 

Bizim.Media xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. 

Onun sözlərinə görə, bəzi yerlərdə yağışlar leysan xarakterli intensiv olub. Düşən yağıntının miqdarı 13-36 mm qeydə alınıb.

Bəzi bölgələrdə şimal-qərb küləyi 18-22, Bakıda və Abşeron yarımadasında isə 28-30 m/saniyəyədək güclənib. Müşahidə olunan küləkli və yağıntılı şəraiti iyulun 26-sı gündüzədək davam edəcək. 

İyulun 27-dən 29-dək ölkə ərazisində sabit, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. İyulun 28-i gündüz saatlarında mülayim cənub küləyi əsəcək. Həftəsonlarında yenidən şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO