Qəbələdə ağır QƏZA: Azyaşlı xəsarət ALDI

Qəbələdə ağır QƏZA: Azyaşlı xəsarət ALDI

Hazırda oxunan: Qəbələdə ağır QƏZA: Azyaşlı xəsarət ALDI

147842

Qəbələ şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, axşam saatlarında “VAZ-2109” markalı avtomobillə “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində sərnişin xəsarət alıb.

Bu, 7 yaşlı şəhər sakini Səbuhi Abdulkərimovdur. Qəzadan dərhal sonra onu Təcili Tibbi Yardım Xidməti vasitəsi ilə Qəbələ Rayon Mərkəzi xəstəxanasına çatdırıblar. Yaralıya ilkin tibbi yardım göstəriləndən sonra müayinəsi aparılıb. 
Məlum olub ki, o, qapalı-kəllə beyin travması alıb. Azyaşlının vəziyyəti ağır olduğundan onun müalicə və müayinəsinin Bakıdakı xəstəxanalardan birində davam etdirilməsi qərara alınıb və Təcili Tibbi Xidmət avtomobili ilə göndərilib. Baş verən hadisənin təfərrüatları araşdırılır. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO