Paytaxtda obyektlərin səlahiyyətli nümayəndələri CƏRİMƏLƏNDİ - SƏBƏB 

Paytaxtda obyektlərin səlahiyyətli nümayəndələri CƏRİMƏLƏNDİ - SƏBƏB 

Hazırda oxunan: Paytaxtda obyektlərin səlahiyyətli nümayəndələri CƏRİMƏLƏNDİ - SƏBƏB 

147794

Tullantıların yandırılmasına görə obyektlərin səlahiyyətli nümayəndələri cərimələnib. 

Bu barədə Bizim.Media-ya Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib. 

Belə ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Binəqədi rayonu, Binəqədi şossesi 1 ünvanında fəaliyyət göstərən mebel istehsalı müəssisəsinin ətrafında, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində fəaliyyət göstərən "CMT Grup" MMC-yə məxsus suvaq və yapışdırıcı istehsalı müəssisəsinin ətrafında, Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində fəaliyyət göstərən maşın təmiri sexinin qarşısında, İmişli rayonunun Heydər Əliyev prospektində, Saatlı rayonunun Genişkənd kəndində və Beyləqan rayonunun Milabad qəsəbəsindəki ərzaq mağazalarının ətrafında tullantıların qalaqlanaraq yandırılması faktları müəyyən edilib. 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktlarla bağlı akt, protokol tərtib edilib, "CMT Grup" MMC-nin nümayəndəsi Şamil Bağırov, İmişli rayonunda mağazanın sahibi Elxan Məmmədov, Saatlı rayonunda ərzaq mağazalarının sahibləri Kamil Rzayev və Lalə Məmişova vəzifəli şəxs qismində, Binəqədi rayonunda mebel istehsalı müəssisəsinin nümayəndəsi Malik Abbasov, Beyləqan rayonundakı marketin nümayəndəsi Uğurlu Uğurzadə və Kürdəmir rayonunda tullantıları yandıran kənd sakini Emil Əhmədov isə fiziki şəxs qismində cərimələnib. 
“Ərazilər tullantılardan təmizlənib. Gələcəkdə belə hallara yol verilməməsi üçün obyektlərin sahiblərinə məcburi göstəriş verilib”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO