Yazıçı-jurnalst Kəramət Böyükçölün feminist qadınlarla qalmaqalı bitmək bilmir. Günlərdir sosial hesabında ailəsinin dağılmasında günahlandırdığı feministlərlə deyişməsi və əks-çıxışları ilə gündəmə gələn yazıçı suçladığı qadınları ifşa etməkdən yorulmur.
İctimailəşdirdiyi səsyazmalarda isə feminist qadınların fəaliyyətləri ilə bağlı açıq etirafları və xaricdən qrant aldıqlarına dair təsdiqi fikirlər əks olunub.
Digər tərəfdən yazıçının keçmiş həyat yoldaşı Çinarə Soltanova baş verənlərdən sıxıntı keçirdiyini və bu səbəbdən həyatına qəsd etsə, məsuliyyətin birbaşa Kəramət Böyükçölün daşıdığını açıqlayıb.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Kəramət Böyükçölün atası, yazıçı Qəşəm Nəcəfzadə oğlunun həyatına müdaxilə etmədiyini bildirib.
MÖVZU İLƏ BAĞLI:
Kəramət Böyükçöl feministlərin növbəti səsyazısını yaydı - ŞOK - SƏSYAZISI
O, vaxtında ailənin dağılmaması üçün çox cəhd etdiyini, amma alınmadığını deyib:
“Mən bu işlərə qarışmıram. Heç biri ilə münasibətim yoxdur, izləmirəm, baxmıram. Mən öz yaradıcılığımla məşğulam. Çünki vaxtında çox cəhd elədim, heç birindən müsbət bir nəticə alınmadı.
Mən atayam. Bütün qüvvəmi sərf elədim, amma mən deyən şey olmadı. Ona görə də heç bir tərəfə qarışmıram və heç biri ilə də münasibətim yoxdur. Allah eləməsin ki, nəsə xoşagəlməz hadisə yaşansın. Amma müdaxilə etmirəm”.
Alçina Amilqızı, Bizim.Media