Şuşa Forumunda bu gün feyk xəbərlərlə mübarizə üsulları müzakirə edilir

Şuşa Forumunda bu gün feyk xəbərlərlə mübarizə üsulları müzakirə edilir

Hazırda oxunan: Şuşa Forumunda bu gün feyk xəbərlərlə mübarizə üsulları müzakirə edilir

147572

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə keçirilən "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" Qlobal Forumunun üçüncü günü panel müzakirə ilə davam edir.

Bizim.Media  xəbər verir ki, Forumun “Mediada investisiya və istehlak tendensiyaları” adlı sessiyasında ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media Proqramının direktoru Şəfəq Mehrəliyevanın moderatorluğu ilə yeni mediada istehlak tendensiyaları və media savadlılığı (dezinformasiya və feyk xəbərlərlə mübarizə üsulları) müzakirə olunur.

Forumun sessiyasında iştirakçılar media məhsullarının istehsalı və istehlakı ilə bağlı dəyişən trendlər, mediada investisiya məsələləri, media savadlılığının peşəkar medianın inkişafında rolu, yeni mediada dəyər zəncirinin yaradılması və biznes modellərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparırlar.
Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən Forumda yerli və xarici media nümayəndələri, eyni zamanda, ekspertlər iştirak edirlər.

Qeyd edək ki, Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb.

Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir.

Forum işini iyulun 23-də yekunlaşdıracaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO