Bakıda yaşayış binasında yanğın: 25 nəfər təxliyyə edildi - ÖLƏN VAR - VİDEO

Bakıda yaşayış binasında yanğın: 25 nəfər təxliyyə edildi - ÖLƏN VAR - VİDEO

Hazırda oxunan: Bakıda yaşayış binasında yanğın: 25 nəfər təxliyyə edildi - ÖLƏN VAR - VİDEO

147570

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə və 1 ədəd kondisioner yanıb.

Yüksək temperaturdan eyvanın lambirdən ibarət tavanı 4 m² sahədə və plastik pəncərə çərçivəsi qarsalanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yanğın zamanı 25 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO