Mixail Qusman: “Xəbər jurnalistləri həqiqət uğrunda mübarizə aparmalıdırlar”

Mixail Qusman: “Xəbər jurnalistləri həqiqət uğrunda mübarizə aparmalıdırlar”

Hazırda oxunan: Mixail Qusman: “Xəbər jurnalistləri həqiqət uğrunda mübarizə aparmalıdırlar”

147508

“Mən peşəkar, klassik jurnalistikanı sosial və internet-medialardan ayırmaq istərdim. Bunlar iki fərqli fenomendir, hər birinə diqqət və hörmətlə yanaşmaq, lakin bir-biri ilə qarışdırmamaq lazımdır”. 

Bizim.Media xəbər verir ki, bu barədə “TASS” informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən “Mediada investisiya və istehlak tendensiyaları” mövzusunda sessiyadakı çıxışında bildirib. 

Xəbər jurnalistləri barədə danışarkən M.Qusman deyib ki, onlar üçün yalnız biq qayda mövcuddur – aydın, “zəhərlənməmiş”, düzgün məlumat. “Ən əsası isə dəqiq, etibarlı, saxtalaşdırılmamış və təbliğat xarakteri daşımayan məlumatlardır.
Bu zalda bir neçə görkəmli peşəkar xəbər jurnalisti, ən böyük informasiya agentliklərinin rəhbərləri əyləşiblər. Əminəm ki, həmkarlarım da bu mövqeyi bölüşürlər. Biz həqiqət uğrunda mübarizə aparmalıyıq”, - deyə o qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO