Zaqatalada ağır QƏZA: Avtomobil iki hissəyə parçalandı, ərlə arvad YARALANDI – FOTO

Zaqatalada ağır QƏZA: Avtomobil iki hissəyə parçalandı, ərlə arvad YARALANDI – FOTO

Hazırda oxunan: Zaqatalada ağır QƏZA: Avtomobil iki hissəyə parçalandı, ərlə arvad YARALANDI – FOTO

147447

Zaqatalada sürücü səhlənkarlığı ağır qəza ilə nəticələndi. İlkin araşdırmalardan sonra qəzanın avtomobillərdən birinin ötmə qaydalarına riayət etməməsi səbəbindən baş verdiyi bəlli olub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Balakən istiqamətində hərəkət edən avtomobilin ağaca çırpılması nəticəsində ər və həyat yoldaşı ağır xəsarət alıb. 

Ağır yol-nəqliyyat hadisəsi axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. Belə ki, Balakən istiqamətində hərəkətdə olan “VAZ-21099” markalı minik avtomobili digər nəqliyyat vasitəsini ötmək istəyərkən idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Qəzanın zərbəsindən avtomobil iki hissəyə parçalanıb. Avtomobildə olan ər və həyat yoldaşı, Balakənin Katex kənd sakinləri, 39 yaşlı Müzəffər Osmanov və 37 yaşlı Vüsalə Osmanova müxtəlif bədən xəsarətləri alıb. Hadisə yerinə Təcili Tibbi Yardım cəlb edilib. Daha sonra yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ər və həyat yoldaşına ilkin tibbi yardım göstərilib, müayinələrdən keçirilib. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Hadisənin səbəbləri araşdırılır. 



Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO