Göyçayda mətbuatımızın yaranmasına həsr olunan TƏDBİR KEÇİRİLİB - FOTO 

Göyçayda mətbuatımızın yaranmasına həsr olunan TƏDBİR KEÇİRİLİB - FOTO 

Hazırda oxunan: Göyçayda mətbuatımızın yaranmasına həsr olunan TƏDBİR KEÇİRİLİB - FOTO 

147433

Göyçayda “Heydər Əliyev və mətbuatımız” mövzusunda tədbir keçirilib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Göyçay rayon Tarix-Diyarşünaslıq Muzeyində sərgi yaradılıb və həmin sərgi ətrafında milli mətbu orqanlarımız haqqında maraqlı fikir mübadiləsi aparılıb.  

Tədbirdə “Heydər Əliyev və mətbuatımız!” mövzusuda geniş məruzə dinlənilib.

Əsası 1875-ci il iyulun 22-də Azərbaycan milli maarifçilik hərəkatının banilərindən olan Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulan milli mətbuatımızın keçdiyi yolun çətin və şərəfli bir yol olduğu və XIX əsrin sonlarında bütün Qafqazda böyük əks-səda doğurduğu söylənilib.

“Əkinçi” qəzetinin 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında, xalqın milli oyanışında, milli birliyinin möhkəmlənməsində əvəzsiz rol oynadığı vurğulanıb.  

Müasir dövrdə milli mətbuatımızın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğu, onun hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində yeni mərhələ açdığını, 1998-ci ildə Ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyulduğu və bunun mətbuatın inkişafına ciddi təkan verdiyi vurğulanıb.  
Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli varisi Prezident İlham Əliyev tərəfindən davam etdirildiyi xüsusilə qeyd edilib.






Bizim Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO