Naxçıvanda polis uşağı batmaqdan xilas etdi, özü boğuldu - FOTO

Naxçıvanda polis uşağı batmaqdan xilas etdi, özü boğuldu - FOTO

Hazırda oxunan: Naxçıvanda polis uşağı batmaqdan xilas etdi, özü boğuldu - FOTO

147431

Naxçıvan MR Babək rayonu Uzunoba gölündə batan şəxsləri xilas etməyə çalışan fədakar, qəhrəmanlıq edən polis əməkdaşı boğularaq həyatını itirib. 

Bu barədə Bizim.Media-ya DİN-dən bildirilib.

Qeyd edilib ki, bu gün xidmətdən kənar vaxt ailəsi ilə həmin gölün kənarında istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Quliyev Vusal Əbülfəz oglu suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib.
Daha sonra uşağın anası - 1984-cü il təvəllüdlü Aslanlı Səadət Elman qızını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüblər. 

Allah rəhmət eləsin. 

Məlumatı Naxçıvan MR DİN-in mətbuat xidmətindən təsdiqləyiblər. Bildirilib ki, həlak olan şəxs Naxçıvan şəhər Polis İdarəsinin əməkdaşıdır. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO