Yasamalda binadakı yanğın SÖNDÜRÜLDÜ - FOTO/VİDEO

Yasamalda binadakı yanğın SÖNDÜRÜLDÜ - FOTO/VİDEO

Hazırda oxunan: Yasamalda binadakı yanğın SÖNDÜRÜLDÜ - FOTO/VİDEO

147429

Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsində yerləşən ikimərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb. 

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. 

Yanğın nəticəsində ümumi sahəsi 390kv.m. olan ikimərtəbəli yaşayış binasında vətəndaşa məxsus 1-ci mərtəbədə 3 otaq, 2-ci mərtəbədə 2 otaq olmaqla ümumilikdə 191kv.m sahədə 5 otaqlı mənzilin və dam örtüyünün yanar konstruksiyaları yanıb. Binanın qalan hissəsi və qonşu tikililər yanğından mühafizə edilib. 

 








Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO