Sahibkarlığın İnkişafı Fondu sənayenin inkişafına dəstək üçün müsabiqə keçirir

Sahibkarlığın İnkişafı Fondu sənayenin inkişafına dəstək üçün müsabiqə keçirir

Hazırda oxunan: Sahibkarlığın İnkişafı Fondu sənayenin inkişafına dəstək üçün müsabiqə keçirir

147425

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında yenidən "Sənayenin inkişafına dəstək" adlı müsabiqə keçirir. 

Bu barədə Bizim.Media-ya SİF-dən bildirilib. 

Məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlərin verilməsinin stimullaşdırılmasıdır. 

Müsabiqədə yalnız Fondla əməkdaşlıq edən və 2023-cü il üzrə limiti olan müvəkkil kredit təşkilatlarının kredit mütəxəssisləri iştirak edə bilər. 

Qaliblər müvafiq sahələr üzrə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlara verilmiş kreditlərin sayı əsas götürülməklə, o cümlədən müsabiqə üzrə bildirilmiş əlavə meyarlar üzrə hesablanmış ümumi əmsallar nəzərə alınmaqla müəyyənləşdiriləcək. Müsabiqəyə müraciətlərin qəbulu dekabrın 20-dək davam edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO