Ann Linden: “Ötən ilin payızında Bakıya gələ bilməmişdim, indi buradayam”

Ann Linden: “Ötən ilin payızında Bakıya gələ bilməmişdim, indi buradayam”

Hazırda oxunan: Ann Linden: “Ötən ilin payızında Bakıya gələ bilməmişdim, indi buradayam”

14741

“Bakıya belə uzun müddətdən sonra qayıtmaq sevindirici haldır. Təəssüf edirəm ki, payızda gələ bilməmişəm. Çünki hökumətimiz həmin vaxt uçuşların həyata keçirilməsinin təhlükəli olduğunu hesab etmişdi və bu səbəbdən mən gələ bilməmişdim, lakin indi buradayam”.

Bizim.Media xəbər verir ki, bunu İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: “Biz öz vəzifəmizi tamamlamışıq, əraziləri azad etmişik”


“Bildiyiniz kimi, ATƏT-in sədri olaraq bizim əsas prioritetimiz Avropada təhlükəsizlik sistemini müdafiə etməkdir və təhlükəsizliyi demokratiyaya, insan hüquqlarına və qanunun aliliyinə bağlayan hərtərəfli təhlükəsizlik konsepsiyasına dəstək olmaqdır.

Əlbəttə ki, biz ATƏT ərazisində münaqişənin həllinə töhfə vermək üçün nə edə biləcəklərimizi nəzərdən keçirəcəyik.

Odur ki, bu kontekstdə, əlbəttə, beynəlxalq hüquq, beynəlxalq insan hüquqları, humanitar qanun, qadınlar, sülh və təhlükəsizlik bizim üçün prioritet məsələlərdir.

Hesab edirəm ki, bu məsələlər üzərində birlikdə çalışmaq mümkündür”, deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO