Qəhvənin faydası, yoxsa zərəri DAHA ÇOXDUR?

Qəhvənin faydası, yoxsa zərəri DAHA ÇOXDUR?

Hazırda oxunan: Qəhvənin faydası, yoxsa zərəri DAHA ÇOXDUR?

147357

İlk dəfə qəhvə Şərqi Afrikanın Qaffa bölgəsində meydana çıxıb. Çox keçmədən bütün dünyaya yayılan bu içki növü hazırda ölkəmizdə də geniş istifadə edilir. Hətta son illərdə Azərbaycanda beynəlxalq brendlərin qəhvəxanaları açılandan sonra qəhvə xüsusən gənclər arasında dəbdə olan içkiyə çevrilib. 

Bəs hər kəsin sevimlisi olan bu içki növü insan orqanizminə nə kimi təsir göstərir? 

Qəhvə əslində ağaclarda bitən meyvə növünün toxumlarından hazırlanır. Qəhvənin insan sağlamlığına necə təsir etməsinə gəlincə, qəhvə əslində çox sağlam bir içkidir. Bundan əlavə, araşdırmalar qəhvədən istifadə edən insanların bir çox ciddi xəstəliklərə tutulma riskinin azaldığını göstərdi. 

Qəhvənin insan orqanizminə olan faydalarına nəzər yetirək: 

1. Qəhvə içmək insanı enerjili hiss etdirir və yorğunluqdan azad edir.  

Bu vəziyyətin səbəbi qəhvənin tərkibindəki kofein adlı bir stimulyatordan qaynaqlanır. Bundan əlavə, bəzi araşdırmalara görə, qəhvə içmək beynin bəzi funksiyalarını xeyli yaxşılaşdırır. Bu funksiyalara yaddaş, ayıqlıq, enerji səviyyəsi, əhval-ruhiyyə, reaksiya vaxtları və ümumi idrak funksiyaları daxildir. 

2. Qəhvə yağ yandırmağa kömək edir. 

Tədqiqatlar göstərir ki, kofein metabolizm sürətini təxminən 3%-dən 11%-ə qədər artırır. Həm maddələr mübadiləsini sürətləndirməsi, həm də yağların yandırılmasına kömək etməsi qəhvəni arıqlama pəhrizlərinin əvəzolunmaz hissəsinə çevirir.  

3. Qəhvə sizi “Alzheimer”dən qoruya bilər. 

“Alzheimer” dünyada ən çox yayılmış neyrodegenerativ xəstəliklərdən biridir. Bu xəstəlik növü adətən 65 yaşdan yuxarı insanlara təsir edir və təəssüf ki, “Alzheimer” xəstəliyinin məlum müalicəsi yoxdur. Ancaq bu cür xəstəlikləri müalicə edə bilməsək də, ilk növbədə onların qarşısını almaq üçün edə biləcəyimiz bəzi şeylər var. Araşdırmaların nəticələrinə görə, qəhvə içən insanların “Alzheimer” xəstəliyinə tutulma ehtimalı 65% azdır. Bu rəqəm “Alzheimer” kimi sağalmaz bir xəstəlik üçün çox ciddi göstərici hesab oluna bilər.  

Lakin qəhvənin faydaları ilə yanaşı müəyyən zərərləri də mövcuddur. 

Qəhvənin tərkibindəki kofein ürək döyüntülərində qeyri tarazlıqlar yaradır, ürəyin tez-tez döyünməsinə səbəb olur. Məhz buna görə də ürək xəstələri qəhvədən az istifadə etməlidir. Aparılan təcrübələr göstərib ki, həddindən artıq qəhvə içmək qan təzyiqinin yüksəlməsinə səbəb olur. 

Qəhvə, mədə xorası və qastrit kimi xəstəliklər törədir. Çünki, qəhvə mədəni qıcıqlandırır və mədə turşu ifraz etməyə başlayır. 

Qəhvənin tərkibindəki qarışıqlar beyində olan hüceyrələrə təsir edir və miqren ağrıları yaradır. Tərkibindəki kofein orqanizmin dəmiri saxlamasına imkan vermir və kalsiumun bədəndən sidik yolu ilə çıxmasına səbəb olur. Bütün bunlar sümük əriməsi riskini çoxaldır. 

Aysu Allahverdiyeva, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO