Daha bir marşrut xətti “BakuBus”a VERİLDİ

Daha bir marşrut xətti “BakuBus”a VERİLDİ

Hazırda oxunan: Daha bir marşrut xətti “BakuBus”a VERİLDİ

147201

Bakıda “Savalan” yaşayış massivi - “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində sərnişindaşımanı həyata keçirən 139 nömrəli müntəzəm marşrut xətti müsabiqəyə çıxarılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib. 

Müsabiqənin nəticələrinə əsasən, “BakuBus” MMC qalib gəlib.

“İyulun 24-dən bu xətt üzrə daşımalar müasir, sərnişindaşıma tələblərinə tam cavab verən avtobuslarla həyata keçiriləcək. Bu dəyişiklik sayəsində ümumilikdə marşrutdan istifadə edən 12 000 nəfərdən artıq sakinin keyfiyyətli ictimai nəqliyyatdan istifadə imkanları təmin ediləcək və ictimai nəqliyyata əlçatanlığı əhəmiyyətli dərəcədə yaxşılaşacaq”, - Agentliyin məlumatında deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO