Bakıda dəmir yolundakı ağır qəza ilə bağlı DYP-dən AÇIQLAMA

Bakıda dəmir yolundakı ağır qəza ilə bağlı DYP-dən AÇIQLAMA

Hazırda oxunan: Bakıda dəmir yolundakı ağır qəza ilə bağlı DYP-dən AÇIQLAMA

147165

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Xəzər rayonunda baş vermiş qəza ilə bağlı məlumat yayıb. 

İdarədən Bizim.Media-ya verilən məlumata görə, bu gün saat 11:10 radələrində paytaxtın Xəzər rayonunda Dübəndi-Zirə yolunun 23-cü kilometrliyində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda qatar “Prius”la TOQQUŞDU: Yaralananlar var


Belə ki, “Toyota Prius” markalı, 77-KD-762 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü şlaqbaumsuz dəmir yolu keçidindən keçərkən qatarla toqquşub.

Toqquşma nəticəsində avtomobilin sürücüsü və iki nəfər sərnişini xəsarət alıb. 

Hazırda faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO