Təhsil tələbə krediti üçün müraciətlərə START VERİLDİ

Təhsil tələbə krediti üçün müraciətlərə START VERİLDİ

Hazırda oxunan: Təhsil tələbə krediti üçün müraciətlərə START VERİLDİ

147141

20 iyul saat 12:00-dan 2023-2024-cü tədris ilinin payız semestri üçün təhsil tələbə krediti (TTK) üzrə müraciətlərin qəbuluna start verilib.

Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

2-ci və daha yuxarı kurslarda təhsil alan tələbələr kredit üçün müraciət edə bilərlər.

Magistratura təhsil səviyyəsi üzrə yeni qəbul olmuş tələbələr üçün yaxın günlərdə portal.edu.az üzərindən qeydiyyat başlayacaq. Həmin tələbələrin eyni zamanda TTK üçün müraciət etmək imkanı olacaq.

Bakalavr və subbakalavr təhsil səviyyələri üzrə qəbul olan tələbələr ixtisas seçimi etdikdən sonra təhsil müəssisəsinin qeydiyyatı zamanı paralel olaraq TTK müraciətlərini də göndərə biləcəklər.
Qeydiyyat üçün bu linkə daxil ola bilərsiniz: www.e-ttkf.edu.az

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO