Prokurorluqda intihar edən qadın polis zabiti imiş - DETALLAR

Prokurorluqda intihar edən qadın polis zabiti imiş - DETALLAR

Hazırda oxunan: Prokurorluqda intihar edən qadın polis zabiti imiş - DETALLAR

147139

Dünən axşam saatlarında Mingəçevir Şəhər Prokurorluğundan özünü ataraq intihar edən 32 yaşlı Turalə Aslanova ilə bağlı bəzi məqamlar üzə çıxıb. 

Bizim.Media xəbər verir ki, iyulun 19-da Mingəçevir şəhər prokurorluğunda bir neçə şəxsin ümumilikdə 413 min manat məbləğində pul vəsaitinin ələ keçirilməsi faktı üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (külli miqdarda dələduzluq) istintaq edilən cinayat işi üzrə 1991-ci il təvəllüdlü Aslanova Turalə Natiq qızı müqavilə əsasında xidmət göstərən vəkili Kiçikbəyov Emin Atabay oğlunun iştirakı ilə dindirilmə üçün şəhər prokurorluğuna dəvət edilib.

İstintaqın gedişində T.Aslanova prokurorluğun inzibati binasinin 2-ci mərtəbəsindəki dindirmə otağının pəncərəsindən özünü yerə atıb. 

T.Aslanova dərhal Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılmış, lakin həyatını xilas etmək mümkün olmayıb.

Hazırda baş vermiş hadisə ilə bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, T.Aslanovanın keçmiş polis əməkdaşı olması müəyyənləşib. Belə ki, xeyli müddət DİN-nin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Gəncə Şəhər Şöbəsində işləyən T.Aslanova dələduzluq əməlləri ilə bağlı şikayətlər daxil olandan sonra tutduğu vəzifədən və polis sıralarından uzaqlaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO