Ata Abdullayev barədə 4 ay həbs qətimkan tədbiri seçildi

Ata Abdullayev barədə 4 ay həbs qətimkan tədbiri seçildi

Hazırda oxunan: Ata Abdullayev barədə 4 ay həbs qətimkan tədbiri seçildi

14705

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan videobloqer Ata Abdullayev barəsində həbs qərarı verilib.

Bizim.Media xəbər verir ki, dünən axşam saatlarında DTX-nin İstintaq orqanının vəsatəti əsasında prokuror məhkəməyə təqdimat verərək A.Abdullayevin 4 ay müddətinə həbs edilməsini istəyib.

Səbail rayon məhkəməsinin hakimi Mədinə Bağırova istintaqın təqdimatını təmin edərək Ata Abdullayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Məhkəmə prosesində çıxış üçün söz verilərkən bloqer Abdullayev zalda diz çöküb yalvararaq hakimdən onu bağışlamasını xahiş edib. Ata Abdullayev Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə; təkrar törədildikdə) maddələri ilə ittiham edilir. 

İlkin məlumata görə, A.Abdullayev 6 vətəndaşı şantaj edərək onlardan pul alıb. İstintaq gedişində zərərçəkmişlərin sayının artması istisna edilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO