Kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin strukturu qaydası təsdiqlənib

Kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin strukturu qaydası təsdiqlənib

Hazırda oxunan: Kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin strukturu qaydası təsdiqlənib

147043

“Kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin strukturu, yaradılması və aparılması qaydası” təsdiqlənib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Reyestr kritik informasiya infrastrukturu obyektləri ilə bağlı informasiya proseslərinin (məlumatların yaradılması, toplanılması, işlənilməsi, saxlanılması, axtarışı, mühafizəsi və mübadiləsi) həyata keçirilməsi, eləcə də kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi, o cümlədən kibertəhdidlərə qarşı mübarizənin həyata keçirilməsi ilə bağlı tədbirlərin planlaşdırılması və icra olunması məqsədilə təhlillərin aparılması üçün nəzərdə tutulan informasiya sistemidir. 

Reyestrin sahibi normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada Reyestr üzərində sahiblik və istifadə hüququnu həyata keçirən, habelə Reyestrin təşkili və aparılmasını təmin edən Dövlət Təhlükəsizliyi Xidmətidir.

Dövlət orqanlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə, dövlətə məxsus olan hüquqi şəxslərə münasibətdə Reyestrin təşkili, istifadəsi və aparılmasını sahib Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə həyata keçirir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO