“Deyilənlər iftiradır, mənim bir köşküm də yoxdur” - Əhəd Abıyev 

“Deyilənlər iftiradır, mənim bir köşküm də yoxdur” - Əhəd Abıyev 

Hazırda oxunan: “Deyilənlər iftiradır, mənim bir köşküm də yoxdur” - Əhəd Abıyev 

146979

Xəbər verdiyimiz kimi, iyulun 17-də Əhəd Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Ə.Abıyevin işdən çıxarılmasından bir neçə saat sonra sosial mediada ona məxsus olduğu iddia edilən çoxsaylı əmlakları barədə məlumatlar yayılıb və ünvanlar qeyd edilməklə siyahı təqdim edilib.

Bizim.Media xəbər verir ki, Əhəd Abıyev gununsesi.info-ya müsahibəsində çoxsaylı əmlaklarının mövcud olması ilə bağlı məlumatları inkar edib. O, ümumiyyətlə hər hansı obyektinin olmadığını deyib

“O siyahıda olan heç bir əmlakın mənə aidiyyəti yoxdur. Mənim bir köşküm də yoxdur. 13 il Daşkəsəndə işlədim, orada bir dənə də obyektim olmadı. Bunlar hamısı iftiradır”.

Qeyd edək ki, yayılan siyahıda dəyəri milyonlarla ölçülən Bakıda və Masallı rayonunda onlarla ev, obyekt, qeyri-yaşayış sahəsi qeyd edilmişdi.

Xatırladaq ki, Əhəd Abıyev 2011-2023-cü illərdə Daşkəsən RİH başçısı vəzifəsini icra edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO