Dünyada abortlara görə Azərbaycan artıq ilk sıralarda DEYİL- RƏSMİ

Dünyada abortlara görə Azərbaycan artıq ilk sıralarda DEYİL- RƏSMİ

Hazırda oxunan: Dünyada abortlara görə Azərbaycan artıq ilk sıralarda DEYİL- RƏSMİ

146974

“Qız uşaqlarının ana bətnində məhv edilməsi üzrə, yəni selektiv abortlara görə Azərbaycan dünyada artıq ilk sıralarda deyil”.

Bizim.Media xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qurumun 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.

O bildirib ki, bu problemin aradan qaldırılması üçün zəruri tədbirlər görülür:

“Ailənin planlaşdırılması məsələsi ilə bağlı gənc ailələrlə danışıqlar aparılır.

Bu istiqamətdə qanunlayihəsi hazırlanır. Milli Məclisinin gündəliyindədir. Həmin qanun qüvvəyə mindikdən sonra qadınlara reproduktiv yardımın verilməsinə zəmin yaradacaq. Hazırda isə aidiyyəti qurumlar bu məsələni ciddi nəzarətdə saxlayırlar. Təhlillər aparılır, nəticələr müzakirə edirlər. Qızlara qarşı beyinlərdə mentallaşan yanlış düşüncələrlə, ayrı-seçkiliklə mübarizə davam edir. İctimai qınaq bu məsələdə bizə çox kömək edir. Ciddi şəkildə bu məsələ ilə məşğul oluruq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO