Millət vəkili Qənirə Paşayeva Bakı sakini Züleyxa Cəfərovanın 15 yaşlı qızı Ehsanə Cəfərovanı boğaraq öldürməsi faktına münasibət bildirib. Q.Paşayeva qızın zorlandığı üçün anası tərəfindən öldürülməsini cahillik kimi dəyərləndirib və cəmiyyətdə valideyn məsuliyyəti ilə bağlı maarifləndirmə işinin aparılmasının vacibliyini qeyd edib:
“Xəbəri oxuyub dəhşətə gəlmişəm.Gənc qızı zorlayırlar. Qız anadan yardım istəyir. Ana isə qızına yardım etmək, bu cinayəti törədənlərin cəzasını alması üçün qızının arxasında olmaq yerinə, qızını qəzəblənərək boğub öldürür və istintaqa deyir ki belə bir biabırçılığa dözə bilməyib, ona görə də cinayətə əl atıb. Bu dəhşətləri oxuyanda düşünürəm ki ailə, ailə məsuliyyəti, ata-ana məsuliyyəti ilə bağlı ciddi maariflənmə işlərinin aparılmasına ehtiyac var. Ana övladına qarşı bu cinayəti törədənlərin cəzalanmasına çalışmaq əvəzinə övladını cəzalandırır. Allah sənə rəhmət etsin Mirzə Cəlil. Doğurdan da cahillik bütün faciələrin səbəbkarıdır. Maariflənmə ilə bərabər məktəblərimizdən başlayaraq hər yerdə psixoloji xidmətlərə ciddi ehtiyac var”x9d.



































































































