“WhatsApp” tərtibatçıları messencerin yeni versiyasını təqdim ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə WABetaInfo portalı məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
"WhatsApp"da YENİLİK: Anonim mesajlaşma gəlir
Məlumata görə, yeni versiyada hətta smartfonun telefon kitabçasında nömrələri qeyd olunmayan insanlarla da ünsiyyət qurmaq mümkün olacaq.
Messencerin yeni versiyasında bir şəxslə ünsiyyətə başlamaq üçün “Yeni söhbətə başla” seçimini etmək və açılan pəncərədə yazışma aparılacaq şəxsin nömrəsini daxil etmək kifayətdir. Bundan əlavə, yeniliyə əsasən, məxfilik parametrləri tərəfindən təmin edildiyi təqdirdə kitabçada qeyd edilməyən nömrə axtarış nəticələrində görünəcək və həmin nömrənin sahibinə mesaj yazmaq mümkün olacaq.
Portal yazır ki, bu seçim “WhatsApp” əlavəsinin Android və iOS-un ən son versiyasının bütün istifadəçiləri üçün əlçatandır. Onu quraşdırmaq üçün Google Play və ya App Store-a daxil olmaq, kataloqda “WhatsApp”ı tapmaq və “Yeniləmə” düyməsini sıxmaq kifayətdir.
Qeyd edək ki, əvvəlki versiyada “WhatsApp”da bir şəxslə yalnız onun telefon nömrəsini yadda saxlamaqla söhbətə başlamaq mümkün idi.
Bizim.Media