Səhiyyə Nazirliyi keyfiyyətsiz dərmanların idxalında kimi GÜNAHKAR GÖRÜR? – AÇIQLAMA

Səhiyyə Nazirliyi keyfiyyətsiz dərmanların idxalında kimi GÜNAHKAR GÖRÜR? – AÇIQLAMA

Hazırda oxunan: Səhiyyə Nazirliyi keyfiyyətsiz dərmanların idxalında kimi GÜNAHKAR GÖRÜR? – AÇIQLAMA

146833

Milli Məclisin Səhiyyə Komitəsinin son iclasında ölkəmizdəki dərmanların keyfiyyəti ilə bağlı məsələ də geniş müzakirə olunub. Belə ki, komitə sədri Əhliman Əmiraslanov ölkədki dərmanların keyfiyyət probleminə toxunub. 

Səhiyyə naziri Rasim İsmayılovun bu tənqidə cavabı isə geniş müzakirələrə səbəb olub.

Nazirlik rəsmisi bildirib ki, şəxsi məqsədlər üçün gətirilən dərmanlar apteklərə satılır və bu, dərmanların keyfiyyətinin aşağı olmasına təsir edir.

Parlamentdə “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı səhiyyə nazirinin müavini bildirib ki, şəxsi istifadə üçün gətirilən dərmanların heç də hamısı şəxsi məqsəd üçün gətirilmir:

“Bəzi hallarda bu, şəxsi maraq üçün gətirilir və satışı təşkil edilir və bu, dərmanların keyfiyyətinin aşağı olmasına təsir edir. Bu, çox ciddi məsələdir. Bununla bağlı həm Gömrük Komitəsi, həm də AQTA ilə birlikdə işlər görülməlidir”.

Bizim.Media-ya açıqlamasında tibb elmləri doktoru Adil Qeybulla bildirir ki, gətirilən dərmanların keyfiyyətinin aşağı olmasında əsas “rolu” onun idxalı ilə məşğul olan şirkətlər oynayır:

“Şəxsi məqsədlər üçün dərmanlar xəstəyə yazılan resept əsasında gətirilir. Onun da keyfiyyət parametrlərinə artıq dövlət deyil, xaricdən alan həmin şəxsin özü cavabdehdir. Şəxsi məqsədlər üçün dərman gətirənlər, bundan satış məqsədilə istifadə edə bilməzlər.
Bunu yalnız konkret olaraq kommersiya xəttilə müəyyən şirkətlər gətirir. Hər bir fərd isə ona yazılan və Azərbaycan ərazisində tapılmayan dərmanları resept əsasında və orada göstərilən miqdar səviyyəsində gətirə bilər”. 

Həkimin fikrincə, dərman maddələrinin ictimaiyyət üçün açıq Dövlət Reyestri olmalıdır:

“Həmin farmakopeyada göstərilən dərman maddələri ölkəyə idxal oluna bilər. Onu da ayrı-ayrı şirkətlər həyata keçirir ki, dərmanın keyfiyyətinə məsuliyyət də birbaşa onu gətirən, dövriyyəsinə nəzarət edən şirkətlərə aiddir. Çünki müqavilə ya dövlətlə şirkət, ya kommersiya şirkətilə dərman istehsal edən şirkət arasında olur. Hansı ki, müqavilələr də hüquqi məsuliyyət və öhdəlik yaradır”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO